Sionistlərin İordan çayının qərb sahilinə kütləvi hücumu və müqavimətin cavabı

Sionistlərin İordan çayının qərb sahilinə kütləvi hücumu və müqavimətin cavabı

Bu gün səhər tezdən sionist əsgərlər İordan çayının qərb sahilindəki şəhərlərə kütləvi hücumda fələstinli yaraqlıların silahlı müqaviməti ilə üzləşiblər.

Bu səhər (11 may, cümə axşamı) İsrail əsgərləri İordan çayının qərb sahilində bir neçə şəhərə hücum ediblər.

Fələstin mediasının məlumatına görə, sionistlər bu gün səhər tezdən işğal altındakı İordan çayının qərb sahilinin Cənin, Nablus, Tulkərim və Tubas şəhərlərinə hücum edib və bu şəhərlərdəki fələstinli döyüşçülərin silahlı müqaviməti ilə üzləşib.

Bu xəbərə görə, bu silahlı qarşıdurmanın ardınca Cənində bir fələstinli gənc şəhid olub, Tubasda isə iki sionist əsgər yaralanıb.

Fələstinin “Şahab” saytının məlumatına görə, sionist xüsusi təyinatlı qüvvələrinin Tulkərimin şərqindəki “Nur Şəms” düşərgəsinə hücumu nəticəsində iki Fələstin vətəndaşı və bir sionist əsgər yaralanıb.

Yerli mənbələrin məlumatına görə, müqavimət qüvvələri bu düşərgədə işğalçılarla toqquşub və bir sionist əsgəri yaralayıb. Bu silahlı müqavimət zamanı iki fələstinli sionist əsgərlər əsgərlər tərəfindən yaralanıb. Onlar xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Fələstin İslami Cihad hərəkatının bu şəhərdəki hərbi qolu olan Sərayəl-Qüds və Tulkərim müqavimət qrupu sionist işğalçıları ilə şiddətli qarşıdurma olduğunu bildirib və elan edib ki, Allahın lütfü ilə işğalçıları Nur Şəms düşərgəsindən geri çəkməyə müvəffəq oldular.

  Fələstin mətbuatının məlumatına görə, işğalçılar geri çəkilməzdən əvvəl düşərgə meydanına hərbi buldozer gətirib və qəsdən sakinlərin avtomobillərini hədəfə alıb və xəsarət yetiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =