Sionistlərin İordan çayının qərb sahilindəki Hebrona hücumunda bir gənc fələstinlinin şəhid olub

İordan çayının qərb sahilinin Hebron şəhərinə sionistlərin hücumu nəticəsində 29 yaşlı fələstinli şəhid olub.
Tibb mənbələri bu cümə günortadan sonra sionist əsgərlər tərəfindən güllələnərək yaralanan fələstinli gənc Əhməd Əl-Ətrəşin şəhadətə çatdığını bildirib.
Palestine Today-in məlumatına görə, 29 yaşlı fələstinli Əhməd Əl-Ətrəş bu gün işğalçı qüvvələrin İordan çayının qərb sahilindəki Hebron şəhərinin Əş-Şəlalə küçəsinə hücumu zamanı başından və sinəsindən güllə yarası alıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti Beyta, Beyti-Dəcan, Qaryut və Kafr Qadum kəndlərində işğalçı rejimlə qarşıdurmalarda 133 uşağın yaralandığını açıqlayıb.
1948-ci ildən indiyə qədər işğal olunmuş Fələstin əraziləri bu gün Ərazi günü münasibəti ilə işğalçı qüvvələrə qarşı kütləvi yürüşlərin şahidi olub.
İşğalçı qüvvələr Ramullahın qərbindəki Bəlin kəndində fələstinlilərin yürüşünə hücum edib, onlarla insan yaralanıb.
Nablusun cənubundakı Beyta qəsəbəsi və onun şərqindəki Beyti-Dəcan kəndində işğalçı qüvvələr fələstinlilərin aksiyasına hücum edərək, onlarla insanı plastik güllə ilə yaralayıb və onlara gözyaşardıcı qazla xəsarət yetirib.
Sionist rejim Fələstin xalqına qarşı hücum və təcavüzün ardınca Ramullah şəhərinin şimal-qərbində yerləşən Deyr Ğusanə kəndindən iki gənci də sionistlər tərəfindən birbaşa atəşlə hədəfə alınıb.