Sionistlərin Nablusa hücumu: Həvarə əməliyyatının icraçıları həbs olunub

Sionistlərin Nablusa hücumu: Həvarə əməliyyatının icraçıları həbs olunub

Xəbər mənbələri sionistlərin Nablusa hücumu və “Həvarə” əməliyyatının icraçılarının həbs olunduğunu bildirib.

İRNA-nın bu gün (bazar günü) Səma xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, sionist əsgərlər bu gün səhər İordan çayının qərb sahilindəki Nablus şəhərinin qədim bölgəsinə hücum edib və sionistlərlə Fələstin müqavimət qüvvələri arasında toqquşmalar olub.

Fələstinin Səhiyyə Nazirliyi bu hücum zamanı bir fələstinli gəncin işğalçılar tərəfindən güllələndiyini açıqlayıb.

Bəzi tibb mənbələri bu hücumda 20 fələstinlinin də gözyaşardıcı qazlardan xəsarət aldığını bildirib.

Sionist Ordu Radiosu iddia edib ki, onlar bu basqında təxminən ay yarım əvvəl həyata keçirilən və 3 sionist əsgərin yaralanması ilə nəticələnən Həvarə əməliyyatının icraçılarını həbs ediblər.

Şabak təşkilatı (sionist rejimin daxili casusluq xidməti) bu xəbəri təsdiqləyərkən həbs edilən Həvarə əməliyyatının icraçılarının “Əyad Ət-Təkruri” və “Musəb Məzhər” olduğunu bildirdi.

Bu xəbərə görə, bundan əvvəl Fələstinin Azadlığı Xalq Cəbhəsinin hərbi qanadının “Əbu Əli Mustafa” batalyonları Həvarə əməliyyatı üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 9 =