Sionistlərin Qəzzənin şimalına hücumunda daha 9 şəhid olub-Foto
Fələstin İslami Cihad hərəkatı sionist rejimin Qəzzə zolağına davamlı hücumlarına cavab olaraq Tel-Əvivi raket hücumları ilə hədəfə alıb.
Sionist rejimin Qəzzə zolağına hücumu dünən (cümə) axşam saatlarında “Subhus-Sadiq” adı ilə başlayıb və bu günə (şənbə) qədər davam edir.
Mətbuatın verdiyi məlumata görə, dünəndən etibarən Fələstin İslami Cihad hərəkatının yüksək rütbəli komandiri Təysir Əl-Cəbəri də daxil olmaqla 15 fələstinli sionist rejim qırıcılarının Qəzzə zolağına hücumları nəticəsində şəhid olub.
Qəzzə zolağında yerləşən müqavimət qrupları sionist qırıcılarının hücumlarına cavab olaraq Qəzzə zolağına bitişik sionist yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıblar. İsrail ordusu bu gün (şənbə) yaydığı bəyanatda hücumların ən azı bir həftə davam edəcəyini təxmin etdiyini açıqlayıb.
Sionist rejim Qəzzə zolağına son hücumlarında Qəzza zolağının şimalındakı İmad Əql məscidi yaxınlığında raket atıb və bir neçə uşaq da daxil olmaqla 9 fələstinli şəhid olub.
Fələstin İslami Cihadı Qəzza vaxtı ilə saat 21:00-da Qəzzə və Tel-Əviv ətrafındakı sionist yaşayış məntəqələrinə yeni raket hücumları dalğasına başlayıb.
Sionist rejimin Baş nazirinin ofisi elan edib ki, sionist rejimin müvəqqəti baş naziri “Yair Lapid” təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün təhlükəsizlik komandirləri ilə görüş keçirib.
Qəzzədəki Fələstinin Səhiyyə Nazirliyi nazirlik qüvvələrinin fövqəladə vəziyyətlə yaralıları xilas etməyə çalışdığını və İsrail işğalçılarının yaşayış məntəqələrində mülki insanları hədəf aldığını açıqlayıb.
Sionist Ordu Radiosu bildirib ki, dünəndən etibarən Qəzzə zolağından işğal olunmuş ərazilərin yaşayış məntəqələrinə doğru 400-dən çox raket atılıb.
Sionist rejimin mediası da müqavimət raketləriinin Aşkelonu vurduğu anın videosunu yayıb.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü sionist müvəqqəti rejimin Qəzzəyə hücumlarını pisləməklə yanaşı, sionistlərin zorakılığının gərginliyi artıracağını vurğulayıb.