Sionistlərin Qəzzada yaşayış məntəqələrinə hücumu nəticəsində18 nəfər şəhid olub

Sionistlərin Qəzzada yaşayış məntəqələrinə hücumu nəticəsində18 nəfər şəhid olub

Cümə axşamı sionist rejimin Qəzzə zolağının mərkəzində yaşayış məntəqələrinə hücumları zamanı 18 fələstinli şəhid olub.

İRNA-nın Qətərin Əl-Cəzirə şəbəkəsinə istinadən verdiyi məlumata görə, bu hücumlarda Qəzza zolağının mərkəzindəki “Dey əl-Bələh”də 3 yaşayış evi sionistlərin hədəfində olub və onlarla insan da yaralanıb.

Güclü hücum və çoxlu sayda yaralının dağıntılar altında qalması səbəbindən şəhidlərin sayının artma ehtimalı çox yüksəkdir.

Qəzzənin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzəyə hücumları nəticəsində şəhid və yaralıların yeni statistikasını açıqlayıb və deyib: İşğalçı qüvvələr son 24 saat ərzində Qəzzə sakinlərinə qarşı 9 qətliam törədiblər, nəticədə 97 nəfər şəhid olub, 132 nəfər yaralanıb.

Həmçinin, Qəzzanın Səhiyyə Nazirliyi hələ də dağıntılar altında və ya yolda çoxlu cəsədin qaldığını və işğalçıların xilasetmə qruplarının onlara çatmasına mane olduğunu açıqlayıb.

Fələstinin Səhiyyə Nazirliyi Qəzzada elan edib: Yeni statistika daxil olmaqla, şəhidlərin sayı 29 410-a, yaralıların sayı 69 465-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − twenty =