Sionistlərin Qüdsdəki xristianlara qarşı hücumu

Sionistlərin Qüdsdəki xristianlara qarşı hücumu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionistlər Qüdsdə müsəlmanlarla toqquşaraq onların Əqsa məscidinə girmələrinin qarşısını aldığı bir zamanda şənbə günü sionist polisi bu şəhərin xristianları ilə də toqquşmuşlar.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, sionist polislər xristianların Müqəddəs məqbərə Kilsəsinə (Qiyamət Kilsəsi) daxil olmasını əngəlləmişlər.

“Müqəddəs şənbə” xiristianlar üçün mühim bir dini ayin hesab olunur. Tədbir hər il ciddi şəkildə Qüdsdə keçirilir, lakin bu il sionistlər günün bəzi saatlarında xristianların Qiyamət Kilsəsinə girməsinin qarşısını almışlar. Bu kilsə xristianların ən müqəddəs dini məkanlarından biridir.

Müqəddəs Ramazan ayının başlanğıcından bəri rejim polisi tərəfindən dəstəklənən ekstremist sionistlər, dəfələrlə Məscidül-Əqsa ətrafındakı müsəlmanlara hücum edərək, onların müqəddəs məkana girmələrinin qarşısını almışlar Bu isə ciddi qarşıdurmalara səbəb olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + twelve =