Sionistlərin Qüdsün işğal olunmuş ərazilərinə hücumu

Sionistlərin Qüdsün işğal olunmuş ərazilərinə hücumu

Xəbər mənbələri sionistlərin işğal altındakı Qüds bölgələrindən birinə hücumu və üç fələstinlinin həbs edilməsi barədə məlumat yayıb.

İRNA-nın cümə günü Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, sionist rejim qüvvələri bu gün səhər saatlarında işğal olunmuş Qüdsün şərqində yerləşən “Əbu Deys” bölgəsinə hücum edib.

Fələstin mənbələri sionistlərin hərbi texnika və “Cip” hərbi maşınları ilə hücuma keçdiyini və bu ərazidə onlarla fələstinli gənclər arasında şiddətli toqquşmaların baş verdiyini açıqlayıb.

Bu mənbələr sionist xüsusi təyinatlıların yanlarında polis itlərinin olduğunu və bəzi evləri mühasirəyə aldıqlarını elan ediblər.

Sionistlər bu basqında Məhəmməd Amir Əbu Hilal, Muəyyid Munir Ətaullah və Məhəmməd Nubeyl Bədr adlı üç fələstinli gənci həbs ediblər.

Sionist rejim qüvvələri Fələstin vətəndaşlarını həbs etmək üçün adətən gecələr İordan çayının qərb sahilinin şəhər və kəndlərinə hücum edir və onlar fələstinli gənclər və döyüşçülərin güclü müqaviməti ilə üzləşirlər.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz şərait yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =