Sionistlərin səbri: Tel-Əviv Ər-Riyadla normallaşmanı vaxt aparan hesab edir-Foto

Sionistlərin səbri: Tel-Əviv Ər-Riyadla normallaşmanı vaxt aparan hesab edir-Foto

 “İsrael Hume” qəzeti sionist rejimin rəsmilərinə istinadən verdiyi xəbərdə bildirib ki, Tel-Əviv Səudiyyə Ərəbistanının normallaşma prosesinə qoşulmasını vaxt aparan hesab edir və bunu gözləyir.

“İsrail Hume” qəzeti sionist rejim səlahiyyətlilərinə istinadən və Amerika prezidenti Co Baydenin işğal olunmuş ərazilərə səfəri ərəfəsində verdiyi xəbərdə etiraf edib ki, Tel-Əvivin Səudiyyə Ərəbistanı ilə siyasi əlaqələrin bu mərhələni keçməsi ilə bağlı gözləntiləri başa düşüləndir, amma real deyil..

 “i24” xəbər saytının məlumatına görə, sionist rejim mediası Amerika hökumətinin bu ölkə prezidentinin regiona səfərindən əvvəl bir sıra məsələlər və ideyaları irəli sürməyə çalışdığını etiraf edib.

Fars körfəzi ölkələrinin liderləri və bir sıra digər ərəb liderləri Ciddədə Baydenlə görüşəcək. Bu görüşdə müzakirə olunacaq mövzular arasında Tel-Əvivin iştirakı ilə raket təhdidləri ilə mübarizə üzrə “Regional Müdafiə Koalisiyası” yaratmaq planı olacaq.

Amerika prezidenti gələn həftə çərşənbə axşamı işğal olunmuş ərazilərə daxil olmalı, daha sonra iki günlük səfər üçün Səudiyyə Ərəbistanına yola düşməlidir.

İsrail Hume qəzetinin hesabatının təqdimatında bildirilir ki, bu səfər zamanı yalnız bir məsələ razılaşdırılıb və rəsmi olaraq elan ediləcək.

Bu da “Tiran” və “Sənafir” adalarının suverenliyinin Misirdən Səudiyyə Ərəbistanına verilməsi olacaq ki, bu, Səudiyyə Ərəbistanının İsrail təyyarələrinin ölkənin hava məkanını keçməsinə icazə verməsi müqabilində əldə edilib.

İsrael Hume bu iki adanın vəziyyəti ilə bağlı hesabatında yazır: “Bu iki ada İsrail və Misir arasında sülh müqaviləsinin tərkib hissəsi olduğu üçün onların vəziyyətinə bir növ beynəlxalq hüquqi ruh hakimdir.

Buna görə də Tiran və Sənafir adalarının suverenliyinin Misirdən Səudiyyə Ərəbistanına verilməsi üçün İsrailin icazəsi lazımdır.

Digər tərəfdən, İsrail zəmanət və hüquqlarını, o cümlədən Tiran boğazında hərbi və mülki gəmiçilik azadlığının təminatını razılaşmasının şərti edib.

Səudiyyə Ərəbistanı da Amerikaya bu zəmanətləri verməyə razı oldu ki, Vaşinqton İsrail qarşısında öz roluna və məsuliyyətinə sadiq qalsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =