Sionistlərin Suriyaya raket hücumu: 5 nəfər ölüb və yaralanıb

Sionistlərin Suriyaya raket hücumu: 5 nəfər ölüb və yaralanıb

Suriya dövlət mediası sionist rejimin bu ölkədəki bölgələrə raket hücumundan sonra 4 əsgərin həlak olduğunu açıqlayıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın dövlət mediası sionist rejimin bu ölkəyə qarşı raket hücumlarının davamı olaraq bu səhər (şənbə) Banyas limanının mərkəzi və sahil bölgələrini hədəf aldığını elan edib.

 “SANA” xəbər agentliyi məlumatlı hərbi mənbələrə istinadən xəbər verib ki, sionist rejim qırıcıları Aralıq dənizi üzərində uçuşlar edərək Suriyanın mərkəzi və sahilyanı rayonlarını raket hücumu ilə hədəfə alıblar. Suriya ordusunun hava hücumundan müdafiəsi atılan raketlərin çoxunu zərərsizləşdirib, lakin bu hücum nəticəsində bu ölkə ordusunun 4 əsgəri şəhid olub, daha bir əsgər yaralanıb və maddi ziyan da dəyib.

Londonda yerləşən və Suriyada fəaliyyət göstərən terrorçulara bağlı olan “Suriya İnsan Haqları Müşahidəsi” mərkəzi də təfərrüatları açıqlamadan iddia edib ki, bugünkü raket hücumlarından sonra sahilyanı Latakiya əyaləti ilə yanaşı, mərkəzi əyalətlərdə, Həma və Hums da partlayış səsləri eşidilib.

Son zamanlar sionist rejim Suriyanın müxtəlif bölgələrinə raket hücumlarını bir daha artırıb. Ötən çərşənbə axşamı Rusiyanın Suriyada münaqişə edən tərəflərin barışdırılması mərkəzinin (Rusiya Müdafiə Nazirliyinə bağlı) müavini Oleq Eqorov sionist rejimin Hums vilayətindəki ərazilərə atdığı səkkiz raketdən ən azı üçünün zərərsizləşdirildiyini və Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu elan edib.

Livanın Əl-Məyadin televiziyasının məlumatına görə, sionist rejim bu hücumda Hums vilayətinin Əş-Şəirat hava limanını hədəfə alıb və nəticədə 2 əsgər şəhid olub, 3 nəfər yaralanıb.

Həmçinin, Livan Xarici İşlər Nazirliyi İsrailin Əş-Şəirat hava limanına hava hücumunu pisləyən bəyanat yayıb. Livan Xarici İşlər Nazirliyi bu hava hücumundan sonra Suriya hökuməti və xalqı ilə tam həmrəy olduğunu bəyan edərək bildirib:

Bu cür təcavüz beynəlxalq qanunların və adət-ənənələrin açıq şəkildə pozulması hesab edilir, digər tərəfdən bu hücum sionist rejim qırıcıları tərəfindən Livanın hava məkanını pozaraq həyata keçirilib və bu, hava təhlükəsizliyinə birbaşa təhdid hesab olunur.

Sonda Livanın Xarici İşlər Nazirliyi bu hava təcavüzü və ölkənin hava məkanının pozulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət etməyi özünün hüququ hesab etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =