Sionistlərin təxribatı: Hərbçilər bir israillini öldürdü!
Sionist ordu etiraf edib ki, araşdırmalardan sonra Əsqəlanda öldürülən və bir İsrail əsgərindən silah oğurlamağa cəhd edən şəxsin yəhudi sionisti olduğu üzə çıxıb.
İsrail polisi verdiyi açıqlamada kobud səhvi etiraf edərək, sionistlərin açdığı atəş nəticəsində öldürülən şəxsin israilli olduğunu və onun bu addımının cinayət zəminində baş verdiyini vurğulayıb.
Qeyd edək ki, fələstinli döyüşçülərin sarsıdıcı əməliyyatından sonra sionistlərin başlarını itirməsi rejim hərbçilərinin davranışlarından da aydın şəkildə görünür.