Sionistlərlə atışmada onlarla fələstinli yaralanıb və həbs edilib

Sionistlərlə atışmada onlarla fələstinli yaralanıb və həbs edilib

Fələstin mənbələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist əsgərlərlə toqquşmalarda onlarla fələstinlinin yaralandığı və həbs edildiyinə işarə edərək, müqavimət hərəkatının döyüşçülərinin sionist yaşayış məntəqəsini atəşə tutduqlarını bildiriblər.

Fələstin Əl-Yəvm xəbər saytına istinadən verilən məlumata görə, fələstinlilər bu gün İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist əsgərlər və mühacirlər ilə toqquşublar.

Yerli Fələstin mənbələrinin məlumatına görə, Nablus şəhərinin şərqində yerləşən “Beyti-Decan” qəsəbəsi sakinlərinin sionist rejimin qəsəbə tikintisinə qarşı nümayişlərinin yatırılması zamanı bir fələstinli gənc işğalçı qüvvələr tərəfindən güllələnib, onlarla insan gözyaşardıcı qazların inhalyasiyasından təngnəfəsliyə məruz qalıb.

Qeyd edək ki, artıq ikinci ildir ki, Beyti-Decanda işğalçı rejimin mühacirlərinin Fələstin vətəndaşlarının torpaqlarını işğal etməsini pisləmək üçün həftəlik nümayişlər keçirilir.

Həmçinin sionist rejimin Qəlqəliyyənin “Kəfr Qədum” bölgəsində həftəlik məskunlaşma əleyhinə nümayişlərinin yatırılması zamanı 14 yaşlı yeniyetmə belindən güllə yarası alıb, onlarla insan gözyaşardıcı qazın inhalyasiyası səbəbindən təngnəfəsliyə düçar ölüb.

Digər xəbərə görə, işğalçı sionist qüvvələr Hebronun köhnə hissəsindəki İbrahimi məscidi yaxınlığındakı hərbi nəzarət məntəqəsində iki fələstinli gənci həbs ediblər.

Fələstin mənbələri müqavimət döyüşçülərinin İordan çayının qərb sahilinin şimalındakı sionist “Şakid” qəsəbəsini atəşə tutduqlarını açıqlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 3 =