Sionistlərlə normallaşmanın elanından sonra BƏƏ-də minlərlə müsəlman həbs edilib

Sionistlərlə normallaşmanın elanından sonra BƏƏ-də minlərlə müsəlman həbs edilib

Bir hökumət sənədi Əmirliyin səlahiyyətlilərinin İsrail rejimi ilə normallaşma elan etdikdən sonra BƏƏ-də yaşayan minlərlə müsəlmanı həbs etdiyini ortaya qoydu.

Emirates Lex veb-saytına görə, 9 mart 2020-ci ildə imzalanan sənəd Əmirlik səlahiyyətlilərinin israilli turistləri qorumaq üçün Əbu-Dabi, Dubay və Şarjada 3718 müsəlmanı saxladığını göstərir.

Sənədi BƏƏ Daxili İşlər Nazirliyinin baş müfəttişi Əhməd Nasir Ər-Rəisi BƏƏ-nin daxili işlər naziri Seyf bin Zayed Ən Nəhyana göndərib.

Sızdırılan sənədə görə, israilli turistlərin təhlükəsizliyini təmin etmək və onları qorumaq üçün BƏƏ-də bir sıra müsəlmanları saxlamış BƏƏ polis məmurlarının siyahısı var.

Həbs edilən 3718 müsəlmanın taleyi məlum deyil.

BƏƏ Baş nazirinin müavini bununla bağlı sərəncam və tövsiyələr verib:

13 avqust 2020-ci ildə İsrail rejimi ilə normallaşma sazişinin imzalanmasından sonra, BƏƏ-yə girişlərini artıran İsrail turistlərinə və onların təhlükəsizliyinə dəstək artırılıb. Nəticədə, BƏƏ polisləri Əmirlik vətəndaşlarını və ölkədə yaşayan müsəlmanları saxlayıb.

BƏƏ polisinin bəyanatı iddia edir ki, bu müsəlmanlar israilli qonaqlara və turistlərə münasibətdə qayda pozuntuları törədən şəxslər arasında olublar! Halbuki, bu şəxslər 2020-ci ildən indiyədək sionist turistlərin BƏƏ-yə daxil olmasına qarşı çıxan kəslər olmuşlar.

Sənədə əsasən, Əbu-Dabi, Dubay və Şarja polisi israilli turistləri təhqir və bıçaqlamaq, yəhudiliyi ələ salmaq kimi ittihamlarla insanları həbs edib.

Bəyanatdakı iddialar arasında yəhudi qadını təhqir etmək və israilli turisti, eləcə də İsrail rəsmilərini söymək və İsrail rejiminin bayrağını yandırmaq, həmçinin, israilli qonaqların qəbuluna və və israillilərn Ekspo 2020 sərgisində iştirakına etiraz aksiyalarında iştirak etmək kimi iddialar yer alır.

Sənədə əsasən, saxlanılanların əksəriyyəti Pakistan, Banqladeş, Nigeriya, İordaniya, Mərakeş, Misir, Suriya, Fələstin, Sudan, Əfqanıstan və Oman kimi müsəlman ölkələrindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − one =