Sionistlət İordan çayının qərb sahilində şəhadət əməliyyatına cəhd edən fələstinli gənci güllələyib
Sionist mənbələr bu rejim qüvvələrinin bir fələstinli gəncin İordan çayının qərb sahilinin cənubunda şəhadət əməliyyatı həyata keçirmək bəhanəsi ilə güllələndiyini iddia edib.
Sionist mediası fələstinli gəncin bu gün günorta (çərşənbə axşamı) “Kəryab Ərbə” qəsəbəsində sionist əsgərlərə hücum etmək niyyətində olduğunu yazıb.
Sionist mənbələr iddia ediblər ki, bu fələstinli gənc İordan çayının qərb sahilinin cənubunda yerləşən “Əl-Xil” bölgəsində İbrahimi hərəmi yaxınlığında sionist rejim qüvvələrinə soyuq silahla hücum etmək istəyib.
Məlumatlara görə, sionist əsgərlər bu gənc fələstinliyə atəş açıb və o, yaralanıb. Eyni zamanda Fələstin mənbələri bu gənc fələstinlinin yarasının səthi olduğunu bildiriblər.