Şirniyyat istəyi depressiyanın əlaməti ola bilər

Şirniyyat istəyi depressiyanın əlaməti ola bilər

Alimlər araşdırmalarında sübut ediblər ki, həddindən artıq şirniyyat yemək depressiyaya səbəb olur.

Bu barədə “Journal of Translational Medicine” jurnalında nəşr olunan araşdırmada bildirilib.

180 min adamın sağlamlıq və qidalanma məlumatları araşdırılıb.

Tədqiqat qrupu süni intellektdən istifadə edərək iştirakçıları üç əsas qrupa ayırıb: daha çox meyvə və tərəvəz yeyənlər, hər cür qidadan istifadə edənlər və daha çox şəkərli qidalara üz tutanlar.

İştirakçıların qan nümunələri üzərində aparılan analizlərdə 2923 zülal və 168 metabolitin orqanizmə təsiri araşdırılıb.

Nəticələrə görə, şəkərli qidalardan istifadə edənlərdə depressiya riski sağlam qidalananlara nisbətən 31 faiz yüksək olub.

Bu qrupda diabet və ürək xəstəliyi riski də əhəmiyyətli dərəcədə yüksək, bütün növ qidaları yeyən iştirakçıların sağlamlıq riskləri isə orta səviyyədə olub.

Tədqiqatın rəhbəri Surrey Universitetinin professorudur. Nophar Geifman xüsusilə işlənmiş şəkərin psixi sağlamlığa mənfi təsirlərinə diqqət çəkib.

“Emal edilmiş şəkər bir çox insanın qida rasionunda mühüm yer tutur. Bu nəticələr bir daha sübut edir ki, biz nə yediyimizə daha çox diqqət etməli, şüurlu olmalıyıq”, – Geifman deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 1 =