Şirvan sakininə sürmədiyi maşının cərimələri göndərildi-Video

Şirvan sakininə sürmədiyi maşının cərimələri göndərildi-Video

Şirvan sakini Sadıqov Ələddin Ağahüseyn oğlu iddia edir ki, idarə etmədiyi avtomobilə görə ona ard-arda DYP-dən cərimələr gəlir. O qeyd edir ki, 2015-ci ildən 2016-cı ilədək etibarnamə ilə idarə etdiyi “VAZ 21041” markalı 90 LT 714 dövlət nömrə nişanlı avtomobili sahibi 2016-cı ildə başqasına satıb. Daha sonra üzünü belə görmədiyi avtomobilə görə Ələddin Sadıqovun sürücülük vəsiqəsinə müxtəlif vaxtlarda 5 dəfə cərimə gəlib.

Ələddin Sadıqov bu barədə Dövlət Yol Polisinə müraciət edib. Bu zaman məlum olub ki, kimlərsə onun etibarnaməsinin qüvvədən düşməməsindən istifadə edərək 90 LT 714 dövlət nömrə nişanını gah VAZ 2107-yə gah da AKA markalı avtombilə bağlayraq qayda pozublar. Nəticədə Ələddin Sadıqovun adına cərimə gəlib.

Məsələni aydınlaşdırmaq üçün respublika Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik.

Bəs görəsən dövlət nömrə nişanından qanunsuz istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu? Sual yaranır həmin insanlar qeyd olunan dövlət nömrə nişanı ilə qəza və başqa qanunsuz hərəkətlərə yol verərlərsə onların əvəzinə başqasımı cavab verməlidir?

Hüquqşünas onu da bildirdi ki, vətəndaş aidiyyəti qurumlara məlumat verdiyi təqdirdə tədbirlər görülmədikdə məhkəməyə müraciət etməlidir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =