Şirvanda ekoloji fəlakət: “İçdiyimiz suya çirkab suları qarışır”-Video

Şirvanda ekoloji fəlakət: “İçdiyimiz suya çirkab suları qarışır”-Video

Şirvan şəhərinin bir hissəsinin çirkab və kanalizasiya suları Kür çayına axıdılır. Kürdə bu mənzərəni Şirvan şəhərinin “köhnə şəhər” adlanan ərazisinin və Çılpaqlı qəsəbəsinin kanalizasiya suları yaradıb. Sakinlər qeyd edirlər ki, uzaq keçmişdə yağış sularını Kür çayına axıtmaq üçün nəzərdə tutulan kanallar vasitəsi ilə indi əhali Kür çayına çirkab sular axıdır. Açıq kanalizasiya xəttindən başqa xətt olmadığından əhali kanalizasiya sularını bu kanallar vasitəsi ilə Kür çayına axıtmaq məcburiyyətində qalırlar. Kanalizasiya sularının tənzimlənməsi və kanalizasiya şəbəkələrinin tikintisinə bilavasitə cavabdeh olan “Azərsu” ASC-nin mətbuat xidmətinə müraciət etdik. Qurumun rəhbəri Anar Cəbrayıllı isə bizə bunları bildirdi. İndi kanalizasiya sularının qarışdığı Kürün suyunu içmək üçün də istifadə edən Şirvan sakinləri vəd olunan tədbirlərin gec olmadan icra olunacağı günü gözləyir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 10 =