Siyəzəndə Azərbaycan polisinin yaranmasının 106 illiyi qeyd olunub

Siyəzəndə Azərbaycan polisinin yaranmasının 106 illiyi qeyd olunub

Siyəzən Rayon Polis Şöbəsində (RPŞ) Azərbaycan polisinin yaranmasının 106 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın Ulu Öndəri Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir şöbədə davam etdirilib.

RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edənlər Azərbaycan polisinin 106 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Daha sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşı mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 11 =