Siyasi analitik: Hizbullahın cavabı həmişəkindən daha ağır olacaq
Siyasi məsələlər üzrə analitik Beyrutun cənubuna son hücumun hücum qaydalarının pozulması kimi dəyərləndirərək, Hizbullahın bu cinayətlərə cavabı əvvəlkindən daha ağır olacağını deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, strateji məsələlər üzrə analitik Həkəm Əmhəz telekanalla müsahibədə deyib: Sionist rejim peycerləri partlatmaq və Beyrutun cənub ətrafına hücum cinayəti ilə münaqişə qaydalarını pozmağa başlayıb. Bu rejimin Beyrutun cənub ətrafına hücumu əslində “Əl-Qaim” kimi tanınan ərazidə terror əməliyyatıdır. Bu ərazi Hizbullahın əsas mərasimlərinin keçirildiyi “Seyyedüş Şühəda Kompleksi”nə yaxındır.
Həkəm Əmhəz əlavə edib: İndiyə qədər mövcud olan məlumatlar pilotsuz təyyarənin binanı hədəfə aldığını göstərir. Əlavə məlumat yoxdur. Bəzi media sionist ordusuna istinad edərək, bu əməliyyatın Beyrutun bir bölgəsində “dəqiq terror əməliyyatı” olduğunu və Hizbullahın mövqeyini gözlədiklərini deyirlər.