Sky News: Blinken Yaxın Şərqə səfəri zamanı ona tapşırılan heç bir vəzifəni yerinə yetirə bilmədi

Sky News: Blinken Yaxın Şərqə səfəri zamanı ona tapşırılan heç bir vəzifəni yerinə yetirə bilmədi

ABŞ dövlət katibi Antoni Blinken Qüds, Ramallah, Əmman, Bağdad və Ankaraya səfər edib, lakin diplomatik baxımdan hələ ki, bir uğur əldə etməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Sky News-un beynəlxalq məsələlər üzrə redaktoru Dominik Vaqorn yazıb. Mütəxəssisin sözlərinə görə, Blinkenin qarşısında həll olunası üç problem var və onların heç biri rəvan getmir.

Onun sözlərinə görə, ilk növbədə, İsraili vəziyyətin sakitləşməsinə icazə verməyə inandırmaq lazımdır. İsrail isə deyir ki, əvvəlcə girovlar azad edilməlidir, ondan sonra hərbi əməliyyatların dayandırılmasından danışmaq olar.

İkincisi, ərəb ölkələrini İsrail və HƏMAS arasındakı münaqişəyə son qoymaq üçün uzunmüddətli həll yolları üzərində düşünməyə inandırmaq lazımdır. Lakin ərəb ölkələrindən ona gəln cavab “Zarafat edirsiniz?, “İndi vaxtı deyil, Qəzza xarabalığa çevrilir” kimidir.

Üstəlik onlara görə İsrail işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşmanın genişləndirilməsini dayandırmağı öhdəsinə götürməlidir. Əgər o bunu etsə, onda bəlkə də uzunmüddətli sülhdən danışmaq olar.

Üçüncü missiya münaqişənin yayılmasının qarşısının almaqdır. 

Onun görüşdüyü heç kim bu münaqişənin genişlənməsini istəmir. Amma özlərini eskalasiyaya səbəb də saymırlar.

“Çünki təhlükəni yaradan Hizbullah və İrandır. Lakin məlum səbəblərə görə Blinkenin “marşurutunda” yer almırlar”,-deyə yazıda qeyd olunur..

“Bu arada, İsrailin Qəzza zolağını görünməmiş şəkildə dağıtması bölgədəki geosiyasi qırılma xətlərini şiddətləndirir və zorakılığın baş vermə ehtimalını artırır”, – Vaqorn bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 14 =