“Skype” tarixə qovuşur

“Skype” tarixə qovuşur

“Microsoft” şirkəti 5 may 2025-ci il tarixindən etibarən “Skype” platformasının fəaliyyətini rəsmi olaraq dayandıracağını açıqlayıb.

Bu barədə məlumat şirkətin texniki dəstək səhifəsində yerləşdirilib. Bildirilib ki, həmin tarixədək istifadəçilər “Skype”dan istifadəni davam etdirə bilərlər, daha sonra isə istifadəçi hesabları avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcək.

Qeyd edək ki, “Skype” platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 15 =