Smartfon texnologiyasının sirri: Qeyri-adi ulduz partlayışları ilə bağlantı aşkarlandı

Smartfon texnologiyasının sirri: Qeyri-adi ulduz partlayışları ilə bağlantı aşkarlandı

Alimlər nəhayət sübut ediblər ki, smartfon və elektromobillərdə istifadə olunan litium-ion batareyaların əsas elementi litium ağ cırtdan ulduzların partlaması nəticəsində yaranır.

Alimlərin bununla bağlı tədqiqatları “Astronomy & Astrophysic” jurnalında dərc olunub.

Araşdırma göstərib ki, ağ cırtdanlar (Günəş kimi ulduzların “ölü” qalıqları) digər ulduzlardan maddə çəkəndə onların səthində “nova” adlı termonüvə partlayışı baş verir. Bu partlayış zamanı “berillium-7” izotopu parçalanaraq “litium-7” əmələ gətirir.

Yeni müşahidə edilən “V1369 Cen” adlı partlayışdan yayılan qamma şüalanması bu prosesi təsdiqləyib.

Gənc ulduzlardakı yüksək litium miqdarı, məhz bu nova partlayışları ilə izah olunur. Alimlər indi bu qamma siqnallarını digər nova partlayışlarında da axtarmaqla nəzəriyyəni tam sübut etmək istəyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 10 =