Smotriç: Həmasla razılaşma İsrail üçün fəlakətdir
İsrailin maliyyə naziri Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı fərziyyələr fonunda razılaşmanı “İsrailin milli təhlükəsizliyi üçün fəlakət” adlandırıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, İsrailin maliyyə naziri Bezalel Smotrich, İsrail rejimi ilə HƏMAS arasında gözlənilən atəşkəs fonunda bir daha razılaşmaya qarşı olduğunu açıqlayaraq deyib: Razılaşma olarsa, terrorçuların azad edilməsi, müharibənin dayandırılması və bu qədər qanla əldə edilmiş bütün qazancların məhv edilməsi demkdir. Qəzza zolağının hamısının işğalı və təmizlənməsi, humanitar yardımın nəzarət altına alınması və HƏMAS tamamilə təslim olana və bütün girovlar geri qaytarılana qədər cəhənnəmin qapıları Qəzzaya açıqdır.