Şolts: İsrailin özünü müdafiə etmək hüququ var

Şolts: İsrailin özünü müdafiə etmək hüququ var

Almaniya Kansleri Olaf Şolts İsrailin özünü müdafiə etmək hüququ olduğunu bildirib.

Bu barədə Almaniya Kansleri “X” hesabında paylaşımında qeyd edib.

“HAMAS 5 həftədən artıqdır ki, qadınları, qocaları, uşaqları girov saxlayır. Biz bütün girovların dərhal, qeyd-şərtsiz azad edilməsini tələb edirik! İsrailin özünü müdafiə etmək hüququ və vəzifəsi var”, – Kansler bildirib.

Şolts eyni zamanda, qeyd edib ki, Qəzzada humanitar fasilələr və mülki şəxslərin müdafiəsi çox vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 10 =