Şolz və Makron Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər
Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
Telefon danışığı zamanı tərəflər Suriyanın yeni hakimiyyət orqanları ilə fundamental insan hüquqlarına hörmət və etno-konfessional azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.
Solz və Makron Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.