Somalidə iğtişaşlar zamanı azı 5 nəfər ölüb

Somalidə iğtişaşlar zamanı azı 5 nəfər ölüb

Somalinin Somalilend bölgəsinin üç şəhərində iğtişaşlar zamanı azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Somalilend ştatının prezidenti Musa Bihi Abdi məlumat verib.

“Təhlükəsizlik əməkdaşlarına daş, metal çubuqlar və dəyənəklərlə hücum edilib”, – ştatın rəhbəri bildirib.

Qeyd edək ki, ən irimiqyaslı nümayiş avqustun 11-də ştatın paytaxtı Harqeysa şəhərində keçirilib. Polis və hüquq-mühafizə orqanları nümayişçilər tərəfindən şəhərin əsas magistral yolunun blokadasını aradan qaldırmaq üçün atəş açıb. Nəticədə nümayişçilər arasında 3 nəfər ölüb.

Nümayişçilər ştatda prezident seçkisinin qanuni müddətdə keçirilməsini tələb edirlər. Müxalif liderlər iddia edirlər ki, Abdi ştatda bu il noyabrın 13-də keçiriləcək prezident seçkisinin vaxtını dəyişməyə çalışır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =