Somalidə terror törədilib, bələdiyyə sədri və daha 19 nəfər ölüb

Somalidə terror törədilib, bələdiyyə sədri və daha 19 nəfər ölüb

Somalinin Aşağı Şabel bölgəsində törədilən iki terror aktı nəticəsində aralarında Merka şəhər bələdiyyəsinin sədri Abdullahi Əli Vafou da olmaqla 13 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Terrorçunun hədəfi dövlət məmurları olub.

Bildirilib ki, Somalinin Afquye şəhərində mal-qara bazarında törədilən terror nəticəsində isə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Terrorçu “Əş-Şabab” qruplaşması Merkada törədilən terrorun məsuliyyətini üzərinə götürüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =