Son 1 ildə sionist rejim ordusunda 28 zabit intihar edib
Müharibənin 456-cı günündə İsrail ordusu “Əl-Əqsa Tufanı” əməliyyatı zamanı bəzi itkilərini etiraf edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsrail ordusu bu gün (4 yanvar) bəyanat yayaraq, 7 oktyabr 2023-cü ildən bəri 891 sionistin öldürüldüyünü açıqlayıb.
Bu açıqlamaya görə, onlardan 329-u oktyabrın 7-də keçirilən əməliyyat zamanı, 390-ı isə Qəzza zolağında quru əməliyyatı zamanı həlak olub.
Sionist ordu həmçinin Livanda quru əməliyyatlarında 50 əsgərinin öldüyünü də etiraf edib.
Sionist ordusunun statistikasına əsasən qeyd olunan müddətdə 16-sı ehtiyat qüvvələrdən olmaqla 28 əsgər intihar edib.
İşğalçı rejim ordusu daha sonra İordan çayının qərb sahilindəki əməliyyatlarda 11 sionistin də öldürüldüyünü açıqlayıb.