Son 2 həftə ərzində İraq 3 milyon xarici zəvvar qarşılayıb

İraq Sərhəd Nəzarəti Təşkilatı Ərbəin yürüşü ərəfəsində son 14 gündə 3 milyon xarici zəvvarın ölkəyə daxil olduğunu elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İraqın sərhəd nəzarəti idarəsi bu gün (21 avqust) elan edib: Son 14 gündə 3 milyon xarici zəvvar İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün ölkəyə daxil olub.
Statistik məlumatlara görə, zəvvarlar əksərən Mehran, Şələmçə və Xosrəvi sərhəd-gömrüyündən keçib. İran sərhədlərindən İraqa daxil olan ölkələr arasında Pakistan, Əfqanıstan və Azərbaycan Respublikası vətəndaşları da var.
Ərbəin xüsusi təhlükəsizlik planının uğurla həyata keçirilməsinə vurğu
İraqın müdafiə naziri Sabit əl-Abasi Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik planlarının uğurla həyata keçirildiyini vurğulayıb. O, tabeliyində olan qüvvələrə Ərbəin ziyarətinin pik həddə çatdığı günlərdə müdafiə potensiallarının gücləndirilməsi barədə tapşırıq verildiyini qeyd edib.