Son 24 saat ərzində İordan çayının qərb sahilində 33 müqavimət əməliyyatı həyata keçirilib

Son 24 saat ərzində İordan çayının qərb sahilində 33 müqavimət əməliyyatı həyata keçirilib

Sionist ordu İordan çayının qərb sahilində fələstinlilərin evinə basqın edərək onlarla insanı həbs edib. Eyni zamanda Cənin bölgəsində də fələstinli gənclər onlarla münaqişəyə girib.

İşğal altındakı İordan çayının qərb sahili və Qüds hələ də qeyri-sabitdir və sionist hərbçilər və mühacirlər hər an fələstinlilərin şəhidlik əməliyyatı ehtimalını verirlər.

Belə ki, son 24 saat ərzində fələstinlilər 33 müqavimət və fərdi əməliyyatlar həyata keçirib.

“Ərab 48” internet saytının məlumatına görə, bu fərdi əməliyyatlara odlu silahla atəş açmaq, əldəqayırma bomba atmaq, daş atmaq və sionist mühacirlərlə qarşıdurma daxildir.

Bu toqquşmalar işğal altındakı Qüds, Ramullah, Qəlqəliyyə, Nablus, Cənin, Yerixo və Hebron da daxil olmaqla 15 fərqli bölgədə baş verib.

Digər tərəfdən, Fələstinli Məhbuslar Təşkilatı bu gün (cümə axşamı) sionist işğalçı qüvvələrin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə onlarla fələstinli evinə hücum etdiyini bildirib.

Səhər sübh saatlarında həyata keçirilən bu basqında onlarla fələstinli gənc sionistlərə qarşı müqavimətdə iştirak etmək ittihamı ilə həbs edilib və onlardan bəziləri bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.

Sionistlər evlərin içindəki mebelləri də sındıraraq, yatmış qadın və uşaqları qorxuya salıb.

İşğalçı Qüds rejiminin əsgərləri də Cənin bölgəsinin “Cəbə” kəndinə basqın edərək çoxlu sayda fələstinli gənci həbs etməyi planlaşdırsalar da, silahlı müqavimətlə üzləşiblər.

Bu hücumda sionistlər “Muhsin Həmamərə” və “Əbdürrəhim Şətyəvi” adlı iki fələstinli gənci həbs edərək özləri ilə aparıblar.

Cənin Müqavimət Batalyonu da açıqlamasında bildirib ki, bu batalyonun üzvləri Cəbə kəndinə girən sionist işğalçıların maşınlarını güllə yağışına tutublar.

Qəzzədə bu gün səhər saatlarında sionist ordunun dəniz patrulları Qəzzə sahillərində və Xan Yunis sahillərində Fələstinin bəzi balıqçı qayıqlarını atəşə tutublar və xoşbəxtlikdən balıqçılardan heç birinə zərər dəyməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 8 =