Son 24 saatda ikinci fələstinlinin şəhid olması

Son 24 saatda ikinci fələstinlinin şəhid olması

Səbəbsiz yerə sionist hərbçilərin gülləsinə tuş gələn fələstinli aldığı yaraların ağırlığından dünyasını dəyişib.

Keçən həftə sionist qüvvələrin heç bir səbəb olmadan gülləbaran etdiyi Hüseyn Həsən Qəvariq” (59 yaş) aldığı xəsarətlərin şiddətindən xəstəxanada dünyasını dəyişib.

 “Fələstin Əl-Yəvm”in məlumatına görə, o, ötən çərşənbə axşamı Nablusun cənubundakı Həvarə məntəqəsində sionist əsgərlər tərəfindən güllələnib.

Bu şəhidin ailəsi elan edib ki, “Blanson” xəstəxanası onlara 3 güllə ilə qarın nahiyəsindən yaralanan Həsən Qəvariqin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini rəsmən bildirib.

Keçən həftə sionist əsgərlər Həsən Qəvariqin onların əmrlərinə məhəl qoymaması bəhanəsi ilə bu silahsız fələstinlini atəşə tutub.

Fələstin Administrasiyasının Səhiyyə Nazirliyi dünən (cümə) Ramullahın şərqində “Əmcəd Nəşət Əbu Ulya” adlı 16 yaşlı fələstinli yeniyetmənin şəhadətini elan edib.

Bu nazirliyin bəyanatında sionist zabitlərin “Əl-Muğeyr” kəndində şəhidin sinəsinə atəş açıldığı və həkimlərin onu xilas etmək cəhdlərinin nəticəsiz qaldığı bildirilib.

Fələstin mənbələri dünən Ramullahın şərqində onlarla fələstinli ilə sionist mühacirlər arasında qarşıdurma olduğunu bildiriblər.

Şahidlər bildiriblər ki, fələstinlilərin Ramullahın şərqində yerləşən əl-Muğeyr kəndində sionistlərin işğalına etiraz etmək üçün keçirilən nümayişindən sonra fələstinlilərlə mühacirlər arasında qarşıdurma yaranıb və əsgərlər də fələstinlilərə atəş açıb.

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, Əl-Muğeyr kəndi yaxınlığındakı sionist qəsəbələrində yaşayan mühacirlər etirazlarda iştirak edən fələstinlilərə dəyənək və daşla hücum ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =