Son 72 saatda yarım milyon fələstinli Qəzzə şəhərinə və şimal bölgələrinə qayıdıb
Qəzzə zolağı üzrə Dövlət İnformasiya Ofisi bildirib ki, son 72 saat ərzində yarım milyondan çox fələstinli qaçqın Qəzzə zolağının cənub və mərkəzi bölgələrindən Qəzzə şəhərinə və zolağın şimal bölgələrinə qayıdıb.
Qəzzə Dövlət İnformasiya Ofisi vurğulayıb: “İşğalçı rejim işğala başladığı gündən bəri 470 günlük köçkünlükdən sonra köçkünlər Əl-Rəşid və Səlahəddin küçələri vasitəsilə Qəzzə zolağının şimal bölgələrinə qayıdıblar.”
Ofis bir neçə saat əvvəl həmçinin bildirib: “Köçkünlərin 80 faizi son iki gündə Qəzzə zolağının şimal bölgələrinə qayıdıb.”
Ofis qeyd edib ki, evlərinə qayıdan köçkünlərə işğalçı ordunun tərk etdiyi bombalar, sursatlar, texnikalar barədə xəbərdarlıq etdik.
Dövlət İnformasiya Ofisi köçkünlərin zolağın şimalına qayıtdıqdan sonra onlara humanitar yardım göstərilməsinin davam etdirilməsinə işarə edərək bildirib: “Qəzzəyə göndərilən çadırların sayı qaçqınların ehtiyaclarını ödəmir.”