Son bir ildə Səudiyyə Ərəbistanında 18 türk iş adamı həbs olunub

Son bir ildə Səudiyyə Ərəbistanında 18 türk iş adamı həbs olunub

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə təhlükəsizlik xidməti, son bir ildə ölkədə yaşayan 18 türk iş adamı və investoru həbs etmişdir, deyə “Sanad” İnsan Haqları təşkilatı öz twitter səhifəsində yazıb.

Bir qrup səudiyyəli vəkil və insan haqları fəalının üzv olduğu yeni yaradılan bu insan haqları təşkilatı həbs olunan şəxslərin Ciddədəki “Əl-Zəhaban” siyasi həbsxanasına köçürüldüklərini, hələ də ittihamlarının elan edilmədiyini və onlar üçün heç bir məhkəmə prosesi keçirilmədiyini bildirib.

Qeyd edək ki, son illərdə Türkiyə hökuməti ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərginləşib. Səudiyyə Ərəbistanı, türk mallarının ərazisinə girməsini qadağan edərək, vətəndaşlarına Türkiyəyə səyahət etmək üçün turist vizalarını verməməklə və Türkiyə iş adamlarını həbs etməklə Türkiyəni iqtisadi cəhətdən cəzalandırmağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =