Son bir neçə saat ərzində İraqda ABŞ-ın ikinci karvanına hücum olub
İraq mənbələri bildirirlər ki, son bir neçə saat ərzində İraqın mərkəzində ABŞ ordusu üçün logistik avadanlıq daşıyan ikinci karvan hədəfə alınıb.
Saberin News Telegram kanalı bu gün səhər (çərşənbə axşamı) bildirib ki, Yusufiyyədə (İraqın mərkəzi-Bağdad vilayəti) ABŞ hərbi logistika karvanına hücum edilib.
Məlumata görə, hücum iki mərhələdə həyata keçirilib; İlk əməliyyat saat 7:30-da Hur Rəcəbdə, ikinci əməliyyat isə 7:40-da Bağdadın cənubundakı Əl-Udvaniyyə bölgəsində həyata keçirilib.
Saberin News Telegram Kanalı əlavə edib ki, hücuma görə məsuliyyəti “Ulul-Əzm” adlı naməlum qrup öz üzərinə götürüb.
Bu hücum İraq mənbələrinin bu səhər Əs-Səmavə əyalətində ABŞ hərbi karvanına hücum olunmasını bildirildiyi zaman həyata keçirilib.
Xüsusilə, ABŞ hökumətinin General Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisə terror hücumundan və İraq parlamentinin bütün xarici qoşunları çıxarmaq qərarından sonra İraq və Suriyadakı ABŞ hərbi bazalarına raket və ya pilotsuz təyyarə zərbələri intensivləşib.
Eyni zamanda, ABŞ ordusunun ehtiyac duyduğu ləvazimatları daşıyan logistika karvanları yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilir.
İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması qərarından və Bağdadın bunu gecikdirməsindən sonra ABŞ koalisiyasının logistika karvanları həftədə, bəzən isə gündə bir neçə dəfə yol kənarına yerləşdirilən bombaların hədəfinə çevrilir.
İraqlı qruplar İraq parlamentinin qəbul etdiyi qərardan sonra İraq hökumətinin xarici qoşunları İraqdan çıxarmalı olduğuna təkid edir.