SON DƏQİQƏ: Kiyevin strateji obyektləri RAKETLƏ VURULUR, digər şəhərlərdə isə…

SON DƏQİQƏ: Kiyevin strateji obyektləri RAKETLƏ VURULUR, digər şəhərlərdə isə…

Publika.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat verib. 

UNİAN agentliyinin məlumatına görə, saat 05:00-dan sonra (Bakı vaxtı ilə 07:00) partlayış səsləri Kiyevdən başqa, Ukraynanın bir sıra digər şəhərlərində də eşidilib. 

“Kramatorskda azı dörd, Odessa, Xarkov, Berdyanskda da güclü partlayış oldu”, – məlumatda deyilir.

“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”, –  bunu jurnalist Andrey Tsaplienko “Telegram” kanalında yazıb.

Kiyevdə yaşayan CNN müxbirləri canlı efirdə silsilə partlayışlar eşitdiklərini bildiriblər. Telekanalın Kiyev müxbiri Metyu Şans deyib: 

“Biz bir sıra partlayış səsləri eşitdik. Ola bilsin, yeddi və ya səkkiz”.

Öz növbəsində Xarkovda olan Klarissa Uord deyib: 

“Bir neçə dəqiqə əvvəl biz güclü partlayış səsləri eşitdik”. Canlı yayım zamanı müxbirlərin çıxışı fonunda bir dənə də olsun partlayış səsi eşidilməyib.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters -ə məlumat verirlər. Artilleriya tüfənglərindən atılan atəşə bənzəyən səslərin ilk xəbərləri Kiyev vaxtı ilə saat 05:00 (Bakı vaxtı ilə 07:00) radələrində gəlməyə başlayıb.

Şəhərin qərb hissəsindəki partlayışların səsi barədə Kiyevdə yaşayan britaniyalı jurnalist Maks Hander də BBC-yə məlumat verib. 

AFP xəbər verir ki, Mariupolda partlayış səsləri eşidilir .

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =