SON DƏQİQƏ: Rusiya Mariupolda KİMYƏVİ SİLAH TƏTBİQ ETDİ

SON DƏQİQƏ: Rusiya Mariupolda KİMYƏVİ SİLAH TƏTBİQ ETDİ

Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə şəhəri müdafiə edən “Azov” alayının əsgərləri məlumat veriblər.

“Təxminən bir saat əvvəl Rusiya işğalçı qüvvələri Mariupol şəhərində Ukrayna hərbçilərinə və dinc sakinlərə qarşı mənşəyi məlum olmayan zəhərli maddədən istifadə edib. Maddələr PUA-lar vasitəsilə atılıb. Qurbanlarda tənəffüs çatışmazlığı, vestibulo-ataktik sindrom var”, – məlumatda deyilir.

Qeyd olunur ki, naməlum maddənin istifadəsinin fəsadları aydınlaşdırılır.

Hazırda “Azov” alayının döyüşçüləri də daxil olmaqla, Ukrayna hərbçiləri şəhərin müdafiəsini davam etdirirlər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − two =