SON DƏQİQƏ: Rusiya Ukraynanı XƏZƏRDƏN VURDU
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “RBK Ukrayna”ya müsahibəsində deyib.
“Hakimiyyətin vəzifəsi raketin uçduğu barədə xəbərdarlıq etməkdir. Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, sonra yol boyu tədricən hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onun haranı vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə buraxılışların edildiyi hallar da olub. Onları izləmək çox çətindir”, – Yuri İqnat bildirib.
O qeyd edib ki, istənilən halda hava hücumu siqnalı səslənəndə insanlar öz təhlükəsizlikləri üçün bütün tədbirləri görməlidirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbi sənaye kompleksinin raket və sursat istehsal edən müəssisələri demək olar ki, bütün döyüş sursatlarının istehlakı səbəbindən gecə-gündüz iş rejiminə keçirlər.
Publika.az