SON DƏQİQƏ: Şuşada dəhşətli hadisə – RUS ZABİTİ ÖLDÜ

SON DƏQİQƏ: Şuşada dəhşətli hadisə – RUS ZABİTİ ÖLDÜ

Rusiya ordusunun zabiti Dağlıq Qarabağda – Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

“17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb”, – Müdafiə Nazirliyindən bildirilib.

Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar ermənilər tərəfindən basdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + three =