Sorğunun nəticələri: İsraillilərin 74%-i Netanyahuya güvənmir

Sorğunun nəticələri: İsraillilərin 74%-i Netanyahuya güvənmir

Hayfa Universitetinin apardığı sorğunun nəticələri israillilərin 74 %-nin İsrailin baş naziri Benyamin Netanyahuya inanmadığından xəbər verir.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, bu sorğuya əsasən, israillilərin 85 faizi Knessetə və İsrail siyasi partiyalarına etimad göstərmir.

Bu sorğunun nəticələri də israillilərin 55%-nin İsrail polis sisteminə də inanmadığını göstərir.

Bu statistikalar İsrailin siyasi və təhlükəsizlik strukturuna ictimai inamın kəskin böhranından xəbər verir.

Qeyd edək ki, bundan əvvəl işğal olunmuş ərazilərdə aparılan sorğunun nəticələri İsrailin müharibə naziri Yoav Gallantın vəzifədən çıxarılmasından sonra sionistlərin 58 %-nin artıq baş nazir Benyamin Netanyahuya etibar etmədiyindən xəbər vermişdi.

Digər sorğunun nəticələri də sionistlərin Benyamin Netanyahuya etimadsızlığının artdığını göstərib və onların 52%-i onu İsrail rejiminin təhlükəsizliyinə bir hədə olduğunu hesab edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 17 =