Şotlandiyada nazirlərə “WhatsApp”dan istifadə qadağan ediləcək

Şotlandiyada nazirlərə “WhatsApp”dan istifadə qadağan ediləcək

Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə “WhatsApp” mesencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edib.

Bu barədə BBC Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbsun bəyanatına istinadən məlumat yayıb.

Forbes əlavə edib ki, “WhatsApp” və digər “qeyri-korporativ” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından etibarən dayandırılacaq.

Birinci nazir müavininin sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız “Microsoft Teams” kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + nine =