`Spicogen` peyvəndinin effektivliyi 80%-dən artıqdır

`Spicogen` peyvəndinin effektivliyi 80%-dən artıqdır

İran və Avstraliyanın birgə “Spicogen” adlı koronavirus aleyhinə peyvəndinin effiktivliyi 80%-dən artıqdır. 

İRNA agentliyi xəbər verir ki, bu barədə peyvəndin baş tədqiqatçısı Pəyam Təbərsi bildirib. 

Onun sözlərinə görə, bu nəticəni insan üzərində aparılan ikinci sınaq göstərdi. 

Həmçinin Təbərsi qeyd edib ki, sözügedən peyvənd koronavirus infeksiyasını 87% zərərsizləşdirmə qabiliyyətinə malikdir və onun insan üzərində sınaqlarının üçüncü mərhələsi tamamlanaraq, nəticələri öyrənilir.

Sonda o, İranın yaxın gələcəkdə təxminən 3 milyon doz “Spicogen” peyvəndinin istehsal ediləcəyini qeyd edib. 

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − five =