Sputnik Azərbaycan əməkdaşları saxlanıldı! (Video İzlə)

Sizinyol yerli KİV-ə istinadən xəbər verir:Sputnik Azərbaycan əməkdaşlarının saxlanılma anlarının görüntüləri yayılıbMəlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Sputnik Azərbaycan informasiya agentliyinin bir neçə əməkdaşı saxlanılıb. Saxlanılan şəxslərin kimliyi və əməliyyatın səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə jurnalistlərin müşayiətlə binadan çıxarıldığı əks olunub. Hadisə ölkədə media azadlığı ilə bağlı müzakirələri bir daha gündəmə gətirib.
Əlavə məlumat verildikcə xəbər yenilənəcək.