Şri-Lanka da Qırmızı dənizdə hərbi əməliyyatlara qoşulur

Şri-Lanka da Qırmızı dənizdə hərbi əməliyyatlara qoşulur

Şri-Lanka ticarət gəmilərini Qırmızı dənizdə husilərin hücumlarından qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi əməliyyatlara qoşulur.

Bunu Şri-Lankanın dövlət başçısı Ranil Vikramasinqh Kolomboda Yaxın Şərq ölkələrinin səfirləri ilə görüşündə deyib.

“Şri-Lankanın Qırmızı dənizdəki gəmiləri husilərin hücumlarından qorumaq səylərinə qoşulması heç bir ölkə ilə hərbi ittifaq təşkil etmir, ancaq naviqasiya azadlığını təmin etməyə yönəlmiş bir addımdır”, – o bilidirib.

Dövlət başçısı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qlobal ticarətə mənfi təsir etdiyini və bunun qlobal bazarda qiymətlərin artmasına səbəb olduğunu söyləyib: “Bunun nəticələri Şri-Lankaya da təsir edəcək”.

Onun sözlərinə görə, Şri-Lanka İsrail və HƏMAS arasındakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + four =