Şri-Lankadan qaçan prezident kurorta getdi

Şri-Lankadan qaçan prezident kurorta getdi

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa iqtisadi böhranla əlaqədar kütləvi etirazlar fonunda ölkədən qaçıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun ölkəni silahlı qüvvələrə məxsus An-32 nəqliyyat təyyarəsi ilə tərk etdiyi bildirilir.

“Şri-Lankanın əsas beynəlxalq hava limanından havaya qalxan An-32 hərbi təyyarəsinin göyərtəsində olan dörd sərnişin arasında o, həyat yoldaşı və mühafizəçisi də olub”, – məlumatda qeyd edilir. 

Dövlət başçısı ailəsi ilə birlikdə Maldiv adalarına gedib.

“Maldiv adalarına çatdıqdan sonra onlar polisin müşayiəti ilə naməlum yerə aparılıblar”, – Male hava limanının sözçüsü bildirib.

Qotabaya Rajapaksa, Kolombodakı rəsmi iqamətgahını on minlərlə etirazçı zəbt etməzdən əvvəl tərk etdikdən sonra “hakimiyyətin dinc keçidi” üçün yol açaraq, həftə sonu istefa verəcəyini vəd etmişdi.

Şri-Lanka 70 il əvvəl müstəqillik əldə etdikdən sonra ən pis iqtisadi böhranın ortasındadır. Koronavirus pandemiyası belə nəticələrə gətirib çıxarıb ki, bu da turizmin əsas gəlir mənbəyi olan ölkəyə turist axınının kəskin azalmasına səbəb oldu. Nəticədə ölkədə yanacaq, dərman, ərzaq və ilkin tələbat malları qıtlığı yaranıb.

Etirazçılarla toqquşma nəticəsində ikisi polis olmaqla 39 nəfər yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Şri-Lanka prezidenti Qotabaya Rajapaksa bir gün əvvəl iyulun 13-ü tarixinə istefa ərizəsini imzalayıb.

Bundan əvvəl Şri-Lankanın qeyri-rəsmi paytaxtı Kolomboda minlərlə etirazçı polis barrikadalarını aşaraq prezident Qotabaya Rajapaksanın rəsmi iqamətgahına basqın ediblər. Baş verənlərin görüntüləri bütün dünyaya yayılıb. Bundan əlavə, KİV-in məlumatına görə, nümayişçilər baş nazirin şəxsi iqamətgahını ələ keçirərək yandırıblar.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 19 =