Stolüstü tennis üzrə Asiya çempionatı; İranlı yeniyetmənin dünyanın birinci adamına qarşı sürprizi

14 yaşlı iranlı stolüstü tennis üzrə idmançı Benyamin Fərəci İran və Çin arasında keçirilən ilk görüşdə dünyanın bir nömrəsi və Paris Olimpiya çempionunu məğlub edib.
İran stolüstü tennis üzrə Asiya çempionatının 1/4 final mərhələsində Çinlə mübarizə aparıb.
İlk görüşdə dünyanın bir nömrəli gənc oyunçusu Benyamin Fərəci dünyanın bir nömrəli yuxarı yaş üzrə oyunçusu Vanq Çukinlə üz-üzə gəlib və 3:2 nəticə ilə bu titullu rəqibini məğlub edərək İran millisini 1-0 önə çıxarıb.
Vanq Çukin 2024-cü il Paris Olimpiadasının qarışıq cütlüklər üzrə qızıl medalçısı və 2024-cü il Paris Olimpiadasının komanda qızıl medalçısıdır və hazırda dünyanın ən yaxşı stolüstü tennis oyunçularının bir nömrəli reytinqinə sahibdir.
Benyamin Fərəci 15 yaşadək və yeniyetmələr arasında 3450 xalla birinci yeri tutur.