Su ehtiyatlarının qiymətləndirilməsində “Azersky” peykindən istifadə olunacaq

Su ehtiyatlarının qiymətləndirilməsində “Azersky” peykindən istifadə olunacaq

Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azercosmos) Fransanın “BRL Ingénierie” konsaltinq şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

“Azercosmos”dan “APA-Economics”ə verilən məlumata görə, görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub.

Görüşdə “Azersky” peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkədə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.

Qeyd edək ki, “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80% – 95% dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 5 =