“Şüafət” şəhidlik əməliyyatınınn nəticələri: 3 İsrail zabiti işdən çıxarılıb
Sionist rejim sərhəd mühafizəsinin komandanı 3 sionist zabitini “Şüfət” əməliyyatının şəhidi ilə məşğul ola bilmədiklərinə görə işdən çıxarıb, bir nəfəri isə bir il müddətinə vəzifəsindən uzaqlaşdırıb.
Sionist rejimin sərhəd mühafizəsinin komandiri “Omir Koen” bu bazar ertəsi axşam bir neçə israilli zabitin işdən çıxarılmasına qərar verib.
Sionist Kanal 14 bildirib ki, Koen üç zabiti işdən çıxarıb, birini isə bir il müddətinə vəzifəsindən uzaqlaşdırıb. Çünki onun sözlərinə görə, onlar işğal altındakı Qüdsdə “Şüfaət” əməliyyatının şəhidi Udi Ət-Təmimi ilə qarşılaşa bilməyiblər.
Bu sionist komandir bu qərarı verdikdən sonra deyib: Ordu qüvvələri əməliyyatçılara gözlənildiyi kimi cavab verə bilmədilər.
Sionist Ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Əviv Koxavi Ət-Təmimi ilə rəftarda sionistlərin məğlubiyyətinin nəticələrini açıqladıqdan sonra deyib: Bu, çətin bir hücum idi. Biz bundan dərs almalıyıq.
Koxavi həmçinin bildirib ki, zabit və əsgərlər öz vəzifələrinə uyğun olmayan davranışlar ediblər.
Bu arada, Ət-Təmimi fələstinli döyüşçülərdən biri ilə birlikdə işğal olunmuş Qüdsdə sionist əsgərləri atəşə tutub.
Şüafət məntəqəsində baş verən atışma əməliyyatı zamanı sionist əsgərlərdən biri ölüb, ikisi isə ağır yaralanıb.
Sionistlərə qarşı şəhadət əməliyyatlarının artmasının ardınca sionist “İsrail-12” jurnalı bildirib ki, ötən mart ayında fələstinli gənclərin şəhadət əməliyyatları dalğası başlayandan bəri 35 min israilli silah daşımaq icazə almaq üçün müraciət edib. Bu arada, 2016-2020-ci illər arasında hər il 10 min insan lisenziya almaq üçün müraciət edib.
Bu jurnala görə, icazə tələbindəki bu artım 2021-ci ilin mayında Seyfəl-Qüds müharibəsindən sonra başlayıb. Beləcə, hər ay altı min müraciət qeydə alınıb və sionist rejimdə silah daşımaq icazələrinin sayı iyul ayına qədər 196 milyon 409 minə çatıb.
Bu hesabata görə, “Əl-Xudeyrə” əməliyyatından sonra silah lisenziyası üçün 9232 müraciət qeydə alınıb ki, onlardan 135 mini bu şəhərin sakinlərinə məxsus olub.
Həmçinin, Bəni-Barak əməliyyatından sonra 9861, Tel-Əviv əməliyyatından sonra isə daha 4806 müraciət qeydə alınıb.