Sudanda daşqınlar nəticəsində 100-ə yaxın adam ölüb

Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Sky News Arabia” yerli təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Avqustun 22-də “Əl-Hədas” telekanalı daşqınlar nəticəsində 83 nəfərin öldüyünü, daha 30 nəfərin yaralandığını bildirib.
Sudan ordusu daşqınların yayılmasının qarşısını almaq üçün ölkənin ən çox zərər çəkmiş ştatlarından birinə – Ağ Nil çayına ağır texnika yerləşdirib.
Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Təbii fəlakətdən ən çox Naqr en-Nil, Şimali Kordofan, Əl Gezira, Cənubi Darfur və Cənubi Kordofan əyalətləri, həmçinin Ağ Nil zərər çəkib.
Report.az