Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb

Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb

Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və aprelin 15-də ölkədə qarşıdurmaların başladığı vaxtdan bəri məcburi köçkünlərin sayı 3 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı qonşu ölkələrə qaçıb.

Vurğulanıb ki, 20 milyondan çox sudanlı ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib və 6 milyondan çoxu, yəni əhalinin təxminən 13%-i indi aclığın bir addımlığındadır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =