Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Sudanda ordu ilə Çevik Cavab Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 833-ə yüksəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

“Toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 833-ə çatıb, 3 329 nəfər yaralanıb”, – “Əl-Cəzirə” telekanalı təşkilatın məlumatına istinadən bildirib.

BMT-nin mayın 14-nə olan məlumatına görə, toqquşmalarda 676 dinc sakin həlak olmuş, 5 575-dən çox insan isə yaralanmışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + sixteen =