Sudanın paytaxtında İsrail rejimi əleyhinə etiraz aksiyası keçirilib – FOTO
Ötən gün Sudanın paytaxtı Xartumda İsrail rejimi əleyhinə etiraz aksiyası keçirilib.
Maide.Az “Farsnews”a istinadla xəbər verir ki, çox sayda insan küçələrə çıxaraq, sionist rejimlə münasibətlərin adiləşdirilməsinə dair müqavilənin imzalanmasına etiraz edib və İsrail rejiminin bayrağını yandırıb.
Bir sıra dövlət orqanı qarşısında keçirilən aksiyada, etirazçılar işğalçı İsrail rejimi əleyhinə şüarlar səsləndirib. Əllərində “münasibətlərin adiləşdirilməsi xəyanətdir” və “münasibətlərin adiləşdirilməsi cinayətdir” yazılmış plakatlar qaldırıblar.
Sudan yanvarın 6-sı ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreyn rejimindən sonra, İsrail rejimi ilə münasibətləri adiləşdirən üçüncü ərəb ölkəsidir.